M.Binotto: Mikə hazırda yer yoxdur

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mik Şumaxerə komanda tapa bilmirlər.

F-1.az xatırladır ki, Ferrari Sürücü Akademiyasının dəstəklədiyi Mik Şumaxer 2021-ci ildə Haas komandasında Formula1 karyerasına başlayıb. Lakin o, burada iki mövsüm yarışsa da, gözləntiləri qarşılaya bilməyib. Buna görə də Haas almaniyalı sürücünü göndərmək qərarına gəlib.

Hazırda Mik özünə komanda tapa bilmir və 2024-cü ildə idmana qayıtmağı hədəfləyir.

Mattia Binotto: “Mik yaxşı sürücüdür. Karyerası ərzində özünü təkmilləşdirib. Mövsümə başlama və bititmə tempinə baxsaq, inkişafa açıq olduğunu görərik. Ferrari və Ferrari Sürücü Akademiyası olaraq Mikin güclü sürücü olduğuna inanırıq, amma Haas fərqli seçim etdi və biz indi Miklə oturub onun gələcəyini müzakirə etməliyik.

Görək onun üçün ən yaxşı seçim nədir. Hazırda onun üçün bir yerimiz yoxdur. Hazırda onun üçün ən yaxşı fürsəti axtarırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*