Barselona, 02.03.2017

Pirelli daha enli təkərlərə keçidlə əlaqədar olaraq sliklərlə yanaşı, keçid və yağış təkərlərinin yoxlanılmasına da çox yer verilməsini istəyirdi. FİA da şirkətin müraciətini müsbət qarşılayıb və mövsümöncəsi testlərdə buna icazə verib.

F-1.az xatırladır ki, test günlərində yağış yağmasa, keçid və yağış təkərlərinin yoxlanılması üçün trasın süni sulanacağı bildirilmişdi. Dünən gecə və bu gün səhər sulanan tras səhər saatlarında şərtlərə tam uyğun olub. Barselonada tras süni sulama sistemi ilə təchiz olunmayıb. Buna görə də, müəyyən vaxtdan sonra tras quruduğundan yağışlı hava üçün sazlanmalar üzərində işləmək və təkərləri tam qiymətləndirmək mümkün olmayıb.

 

Tras tədricən quruduqca, sürücülər demək olar ki, hər dövrədə nəticələrini yaxşılaşdırıblar. Tam quruduqda isə sliklərə keçiblər. Nahar fasiləsində isə tras yenidən sulanıb.

Mercedes AMG də problem yaşayan komandalar sırasına qoşulub. Elektron sistemindəki problemlərə görə nahara qədər işləməli olan Lyuis Həmilton trasa çıxa bilməyib. Nahardan sonra isə Valtteri Bottas işləyib. Toro Rosso komandası dünənki problemdən sonra mühərriyi dəyişmək qərarına gəlib. Buna görə də Daniil Kvyat gün ərzində cəmi bir dövrə vura bilib.

 

Testlərin dördüncü günündə protokollara Kimi Rəykkönen başçılıq edib. Ferrari-nin finlandiyalı sürücüsü Soft təkərlərlə 1:20.872-lik nəticə göstərib. Maks Ferstappen isə ikinci olub.

Beləliklə, ilk qış testləri sona çatıb. Komandalar gələn həftənin çərşəmbə axşamı testlərə davam edəcəklər.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 7 Kimi Rəykkönen Ferrari 1:20.872 93 Soft
2 33 Maks Ferstappen Red Bull 1:21.769 +0.897 85 Soft
3 30 Colion Palmer Renault 1:21.778 +0.906 39 Medium
4 8 Roman Qrojan Haas 1:22.309 +1.437 118 SuperSoft
5 36 Antonio Covinatsi Sauber 1:22.401 +1.529 84 UltraSoft
6 11 Serxio Peres Force İndia 1:22.534 +1.662 82 SuperSoft
7 2 Stoffel Vandorn McLaren 1:22.576 +1.704 67 UltraSoft
8 77 Valtteri Bottas Mercedes AMG 1:23.443 +2.571 68 Soft
9 27 Niko Hülkenberq Renault 1:24.974 +4.102 51 Soft
10 26 Daniil Kvyat Toro Rosso 1 Wet
, , , , , , ,