M.Binotto: Komandada qalmaq Fetteldən asılıdır

Ferrari komandasının rəhbəri Mattia Biotto bildirib ki, yeni müqavilənin bağlanması Fettelin performansından asılıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü son üç ildə daha çox səhvləri ilə diqqət mərkəzinə düşüb. Dördqat Dünya Çempionunun Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək.

Mattia Binotto: “Yeni müqavilə üçün danışıqlara başlamışıq. Bunu tezliklə yoluna qoymalıyıq. Mövsümün sonuna qədər gözləmək olmaz. Müzakirələr davam edir və ümid edirəm ki, tezliklə bitəcək. Yaxşı vəziyyətdədir və işinə fokuslanıb. Yaxşı iş görməlidir və bunun fərqindədir. Karyerası üçün vacib dövrlərdir. Çünki ilk yarışlarda lacağı nəticələr karyerasına təsir edəcək. Hər şey özündən asılıdır. Keçən il də onunçün vacib idi, amma Şarl hamımızı təəccübləndirdi. Ancaq indi meyar nöqtəsini bilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*