F.Massa: “Ferstappenin transferi bizim xeyrimizə ola bilər”

Felipe Massa düşünür ki, Red Bull-un Ferstappeni transfer etməsinin Williams-a xeyri olacaq...

F-1.az xatırladır ki, Williams komandası mövsümün əvvəlində Mercedes və Ferrari-ni əlçatmaz hədəf kimi qələmə vermişdi və Red Bull-u hədəf almışdı.

Red Bull İspaniya QP-dən etibarən Ferstappen ilə yarışacaq və Massa düşünür ki, bu dəyişiklik ən çox Williams-a xeyir gətirəcək: “Çempionatın ortasında bu cür transfer görmək çox qəribədir.

Bilmirəm, bəlkə də onlar gələcək üçün Ferstappenə inanırlar. Amma mövsümün ortasında nəyə görə bu cür dəyişiklik etdilər? Cavab vermək çətindir. Bu cür sürücü dəyişikliyini mövsümün ortasında etmək heç də doğru deyil.

Ferstappen böyük istedaddır. Sürətlidir və bəlkə də gələcəkdə qələbələr qazanıb, Dünya Çempionu olacaq. Amma indi yeni bir bolidə minəcək, yeni komanda və yeni mühəndislərlə işləyəcək. Hər şeyə öyrəşməsi üçün zamana ehtiyacı var. Bəlkə də üzərindəki təzyiq artacaq. Bəlkə də ilk yarışındaca yaxşı nəticələr qazanar. Onda böyük bir ulduz olar. Ancaq bunun doğru olub-olmadığını hazırda cavablandıra bilməyəcəm.

Bəlkə də Red Bull bəzi problemlər yaratsa, bu bizim üçün yaxşı olar (gülür). Təbii ki, belə düşünmürəm. Ferstappen və Kvyat üçün ən yaxşısını arzulayıram. Amma buna görə daha çox xal qazansaq, bu yaxşı olar. Bəlkə də bizim üçün daha çətin olacaq. Amma hələki nələrin olacağını bilmirik”.

Jurnalistlər Massadan “Ferstappenin yerinə olsaydınız, təklifi qəbul edərdinizmi?” sualına belə cavab verib: “Sürücülər ən yaxşı bolidi sürmək istəyirlər. Rəqabətədavamlı bolidlə yarışmaq istəyirlər. 18 yaşlı bir sürücü daha yaxşı boliddə çıxış etmək fürsətini rədd edə bilməz. Bəlkə də riskə getdi. Bəlkə də, bundan sonra daha da məsuliyyətli olmalıdır. Amma bəlkə də, hər şey onun üçün daha yaxşı olacaq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*