Ferrari yeni bolidin təqdimat tarixini açıqlayıb

Ferrari komandası yeni bolidin təqdim ediləcəyi günü açıqlayıb.

F-1.az xatırladır ki, “qırmızılar” beşillik fasilədən sonra – 2017-ci ildə yenidən çempionluq uğrunda mübarizə apara bilmişdilər. “Şahə qalxan atlar” bu il 5 yarış qazanaraq, 2010-cu ildən sonra ilk dəfə bu cür statistikaya imza ata bilmişdilər.

Ferrari 2018-ci il bolidini Barselonadakı qış testlərindən 4 gün əvvəl – fevralın 22-də internet vasitəsilə təqdim edəcək. Bolid daha sonra Barselonada reklam çəkilişləri üçün trasa çıxacaq. Qeyd edək ki, Ferrari hər il yeni bolidi təqdim etdikdən sonra Fyorano trasında nümayiş yürüşü etdirirdi. Lakin italyanlar bu il məsələyə fərqli yanaşıblar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*