Toro Rosso yeni maşının təqdimat gününü açıqlayıb

Toro Rosso-nun bu mövsüm istifadə edəcəyi və STR12 adlandırılacaq maşınının təqdimat tarixi və yeri məlum olub.

F-1.az xəbər verir ki, italyan komanda maşını qış testlərinin başlamasına bir gün qalmış – fevralın 26-da Barselonada təqdim edəcək. Təqdimat komandanın boksunun qarşısında baş tutacaq və təqdimatda sürücülərlə yanaşı komandanın rəhbəri Frants Tost, texniki direktoru Ceyms Ki və onun müavini Ben Uoterhaus iştirak edəcəklər.

STR12-ni testlərin ilk günündə Karlos Sayns idarə edəcək. Növbəti gün isə ispaniyalı sürücünü Daniil Kvyat əvəz edəcək.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*