K.Sayns: Məni komanda yoldaşlarımdan soruşun

Ferrari komandasının sürücüsü Karlos Sayns nəyə görə Norris və Rassell qədər etibar görmədiyi barədə danışıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il 22 yarışın 20-dən xal alıb və bütün yarışlarda finiş görüb. Bunun hesabına komanda yoldaşı Şarl Lekleri qabaqlayıb.

Karlos Sayns: “Məni diqqətlə izləyənlər hər şeyi anlayırlar. Əgər anlamırlarsa, Şarldan, Landodan soruşun. Hətta, birlikdə işlədiyim komanda rəhbərlərindən… Mənim potensialımı bildikləri üçün dəyər görmüşəm. İnsanlar elə bilir ki, istedadıma görə yox, çox işlədiyim üçün sürətliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*