19 İyun 2019, Çərşənbə - 05:45

Avstraliya-2019: Sıralanma turu

Avstraliya-2019: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

11:17 - 16 Mart, 2019

Qış testlərində Ferrari-nin üstün görünməsinə baxmayaraq, Melburndakı sərbəst yürüşlərdə Mercedes-in daha inamlı təsir bağışlaması bir çoxlarında “gümüş oxlar”-ın mövsümün bütün yarışlarında dominantlıq edəcəyi fikrini yaradıb. Mercedes-in poul yarışında hamını üstələyəcəyi də çoxları üçün sirr deyildi, lakin bütün bunlara baxmayaraq, mövsümün ilk sıralanma turu hər zaman çox maraqla gözlənilir.

Lakin qeyd etməliyik ki, Albert Parkda poul çox da böyük əhəmiyyət daşımır. Belə ki, burada son 5 yarışa ilk yerdən başlayan Həmilton cəmi bir dəfə qalib gəlib. Son 10 ildə isə Melburnda cəmi 3 dəfə poulun sahibi yekunda qələbəyə sevinib.

F-1.az xatırladır ki, cümə günü və dünən baş tutan hər üç məşq sessiyasında Lyuis Həmilton protokollara başçılıq edib.

Pirelli bu ildən etibarən hər yarış üçün gətirdiyi təkərləri standart olaraq Hard, Medium və Soft adlandırır. Təchizatçı Melburna orta sərtlikdəki 3 tərkibi – C2, C3 və C4 təkərlərini gətirib. Həftəsonu boyunca ən sərt tərkib demək olar ki, istifadə edilməyib.

Birinci sessiyada Ferrari sürücüləri Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Lekler ikinci cəhdində yumşaq təkərə keçib. Kubitsa trasdan çıxıb maşını zədələyib, lakin özü boksa qayıda bilib. Ən yaxşı nəticəni Ferrari-də debüt edən Lekler göstərib – 1:22.017. İlk sessiyanı 15-ci yerdə tamamlamış Rəykkönen Leklerə 1 saniyədən də az uduzub. Stroll, Qasli, Sayns, Rassel və Kubitsa mübarizəni dayandırıblar.

İkinci sessiyada bütün sürücülər boksları Soft təkərlərlə tərk ediblər. İlk cəhddə Bottas hamıdan üstün olub. İkinci cəhd üçün üçüncü yerdə olan Lekler xaric, bütün sürücülər trasa çıxıblar. Lakin Hülkenberq problemlərlə qarşılaşdığı üçün boksa qayıtmalı olub. Həmilton keçənilki poul nəticəsindən daha sürətli dövrə vuraraq protokollara başçılıq edib – 1:21.014. Hülkenberq, Rikkardo, Elbon, Covinatsi və Kvyat ilk onluğa düşə bilməyiblər.

Son sessiyada da bütün sürücülər Soft təkərlərdən istifadə ediblər. Həmilton ilk sektorda səhvə yol verib və Bottas ilk cəhddə bütün rəqiblərini xeyli üstələyib – 1:20.598. İkinci cəhddə isə Həmilton daha sürətli olaraq həm trasın yeni rekordunu müəyyən edib, həm də poulun sahibi olub – 1:20.486.

Lyuis Həmilton Avstraliyada ardıcıl 6-cı, ümumilikdə 8-ci, karyerasında isə 84-cü poulunu əldə edib. Mercedes sürücüləri 60-cı dəfə ilk cərgəni zəbt ediblər. Yarışa ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Lekler və Qrojan başlayacaqlar.

Yarışda bizi nələr gözləyir? Ferrari-nin yarış tempi Mercedes-lərlə mübarizə aparmağa imkan verəcək? Honda motoru ilə ikinci cərgədən başlayacaq Ferstappen nələr edə biləcək? Bütün bunların cavabını sabah 09:10-da start götürəcək yarışda tapacağıq…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG21:22.043611:21.01461:20.4866
277Valtteri BottasMercedes AMG31:22.367721:21.19361:20.5986
35Sebastyan FettelFerrari111:22.885561:21.91251:21.1906
433Maks FerstappenRed Bull101:22.876531:21.67861:21.3206
516Şarl LeklerFerrari11:22.017841:21.73931:21.4426
68Roman QrojanHaas141:22.959551:21.87061:21.8266
720Kevin MaqnussenHaas61:22.519671:22.22161:22.0996
84Lando NorrisMcLaren81:22.702991:22.42361:22.3046
97Kimi RəykkönenAlfa Romeo151:22.966881:22.34961:22.3143
1011Serxio PeresRacing Point121:22.9086101:22.53261:22.7813
1127Niko HülkenberqRenault71:22.5406111:22.5624
123Daniel RikkardoRenault131:22.9216121:22.5706
1323Aleksander ElbonToro Rosso91:22.7578131:22.6366
1499Antonio CovinatsiAlfa Romeo41:22.4318141:22.7146
1526Daniil KvyatToro Rosso51:22.5117151:22.7746
1618Ləns StrollRacing Point161:23.0176
1710Pyer QasliRed Bull171:23.0206
1855Karlos SaynsMcLaren181:23.0846
1963Corc RasselWilliams191:24.3609
2088Robert KubitsaWilliams201:26.0678

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 511
Teqlər , , , , , , , ,
Paylaş

logo