S.Fettel: Yorucu yarış idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışdan heç həzz almayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ştiriya yarışında 12-ci olub və üçyarışlıq xal seriyası sona çatıb.

Sebastyan Fettel: “Darıxdırıcı yarış idi, çünki əksər hallarda trafikdə ilişib qalırdım. Pitlərdən sonra da tempim yox idi. Növbəti yarışda vəziyyət bundan pis olmaz, hətta, daha yaxşı olar.

Şarl məni keçəndə təkərləri blokladım, amma orada müdafiə olunmurdum, çünki məni keçəcəyi əvvəldən məlum idi. Orada əsl mübarizə yox idi.

Yarış çətin keçdi. Orta qrupda mübarizə çox gərgindir. Yarışın əksər hissəsində xal zonasında idim. Son dövrələrdə təkərlərim tamamilə yeyildi. Fərq az olanda kiçik problem də nəticəyə təsir edir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*