F.Alonso Ferrari yolundadır?

İspaniya mətbuatının yaydığı xəbərə görə Alonso gələn il Ferrari-də yarışa bilər.

F-1.az xatırladır ki, Monakoda dördqat Dünya Çempionu Fettelin təqaüdə çıxacağı ilə bağlı söz-söhbətlər yayılıb. Bundan sonra çox sürücünün adı Ferrari ilə hallansa da, Fernando Alonsonun adı ön plana çıxır. İspaniyanın Marca nəşrinin xəbərinə görə Fernando Alonso gələn il Ferrari-də yarışmağa razıdır.

Xatırladaq ki, ikiqat Dünya Çempionu keçən ilin sonunda Formula1 karyerasını bitirdiyini açıqlamışdı. İspaniyalı sürücü İndy500-də yarışmaq istəsə də, bu cəhdi uğursuz alınıb. Gələn il Alonsonun nə edəcəyi məlum deyil. Daniel Rikkardonun adı da Ferrri ilə hallansa da, 37 yaşlı sürücünün keçidi barədə xəbərlər son günlərdə artıb..

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*