15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:03

Ferrari təqdimetmə barədə xəbərləri təkzib edib

Ferrari təqdimetmə barədə xəbərləri təkzib edib

Müəllif: Rauf Hacıyev, redaktor

08:46 - 12 Yanvar, 2016

Ferrari komandası 2016-cı il mövsümü üçün hazırladığı yeni maşının təqdimetmə tarixi barədə yayılan şayiələri təkzib edib…

F-1.az əvvəl xəbər vermişdi ki, Finlandiyada dərc olunan İlta Sanomat qəzeti Skuderiyanın yeni maşını fevralın 19-da və ya 20-də təqdim edəcəyi xəbərini yaymışdı.

Ancaq italyan komandasının mətbuat katibi Alberto Antonini bu xəbəri təkzib edib: “Təqdimat mərasimi ilə bağlı heç bir məlumat verilməyib. Bundan başqa çıxan bütün xəbərlər şayiədir”.

Omnicorse saytı xəbər verir ki, Ferrari-nin monokoku çırpma testinə hazırdır. Ancaq komanda limitləri sonuna qədər istifadə etmək üçün təqdimat gününü elan etmir. Keçmiş Formula1 mühəndisi Dominik Harlou Ferrari-nin gecikmə iddialarına fikir bildirib: “Bəzən belə hallar ola bilər. İlk yarışlarda bir az geridə ola bilərsiniz, amma mövsümün Avropa hissəsində sürətlənərək yaxşı yerlər tuta bilərsiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 552
Teqlər , , , , , , ,
Paylaş

logo