16 Noyabr 2019, Şənbə - 01:31

M.Binotto sürücülərini müdafiə edib

M.Binotto sürücülərini müdafiə edib

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 01 Aprel, 2019

Ferrari komandasının rəhbəri Mattia Binotto yerində fırlanan Sebastyan Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Lyuis Həmiltonla mübarizə apararkən, yerində fırlanıb və daha sonra ön qanadı qırıldığı üçün 5-ci yeri tutub.

Mattia Binotto: “Şarla görə sevinirəm. Amma iki sürücümüz barədə də düşünməliyəm. Sebastyan üçün yaxşı yarış olmadı. İkinci yerdə gedərkən səhv etdi. Amma gələcəkdə bunu kompensə edə bilər. Hər iki sürücümdən razıyam. Yarışda bu cür hallar labüddür. Mübarizə aparmaq asan deyil. Buna görə də başa düşmək olar. Heç kimi günahlandırmayacam. Ancaq Sebastyandan yerində fırlanmağın səbəbini soruşacam.

Leklerə nə oldu bilmirəm. Hər şeyi yoxlayacağıq. Yarışı üçüncü bitirməyimiz yaxşı oldu. Bu xallar bizə lazım olacaq. Ən sürətli dövrədən gələn 1 xal da bizdədir. Buna görə Leklerə minnətdaram. Təbii ki, məyusuq. Ancaq bu həftəsonunun müsbət tərəflərinə baxmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər ,
Paylaş

logo