M.Arrivabene: “Fettel və Rəykkönen ideal cütlükdürlər”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, onlar Rəykkönen və Fetteltən razıdırlar.

F-1.az xatırladır ki, Rəykkönenin Ferrari ilə olan müqaviləsi ilin sonunda başa çatır və italyanların nə edəcəyini hələ heç kəs bilmir.

Hər il olduğu kimi yenə də bir neçə sürücünün adı Rəykkönenin yeri üçün çəkilir. Bu sürücülərin arasında Bottas, Peres, Qrojan və Rikkardo da var.

Jurnalistlər Arrivabenedən gələn il üçün Fettelin komanda yoldaşının kim olacağını soruşublar: “Bunu sizə gələn il deyəcəm. İdeal heyətimiz var. Onlar inkişaf etmək üçün bir-birilə mübarizə aparırlar və bir-birinə motivasiya verirlər”.

Arrivabene bu sözlər ilə Rəykkönenin komandada qalacağını demək istəyib. Qeyd edək ki, Rəykkönen 2007-ci ildə Dünya Çempionu olaraq, Ferrari üçün hələlik sonuncu çempionluğu qazanıb…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*