N.Rosberq: “Poul üçün kifayət qədər sürətli deyildim”

F-1.az xəbər verir ki, Niko Rosberq Daniel Rikkardonun fantastik poul nəticəsinə cəmi 0,169 saniyə uduzub.

Niko Rosberq: “Bu gün poul qazanmaq şansı mənimlə deyildi. Daniel bu gün çox sürətli idi. Buna layiq oldular. Biz kifaəyt qədər sürətli deyildik. Üçüncü seansın əvvəlində göstərdiyi nəticə mənimkindən 0.3 saniyə sürətli idi. Ona çatmağın çətin olacağını bilirdim.

Sabah nələrin olacağını hələ bilmirik. Rikkardo məndən öndədir və daha sərt təkərlərlə start alacaq. Bu, bizim üçün yaxşı deyil. Amma buna baxmayaraq, biz strategiya seçimlərində yaxşıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*