N.Rosberq: “Fettel diqqətli olmalıdır”

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq yeni mövsümdən əvvəl yerlisi Sebastyan Fettelə xəbərdarlıq edib.

F-1.az xatırladır ki, Ferrari komandası keçən ilin sonunda Rəykkönenlə yolları ayırıb və əvəzinə 21 yaşlı Şarl Lekleri gətirib.

Niko Rosberq: “Fettel diqqətli olmalıdır. Çünki Lekler güclüdür. Sebastyan artıq Kiminin yanında olduğu qədər rahat olmayacaq. Seb qazanmaq istəyirsə, mükəmməl olmalıdır.

Keçən il Fettelə nə oldu bilmirəm. Amma hər şey qaydasında ikən səhv etsəniz və özünəinamı itirsəniz, hər şey tərsinə getməyə başlayar. 2015-ci ildə Həmiltona qarşı yarışanda mən də belə olmuşdum. Lyuisin qarşısında duruşumu dəyişdirməli idim. O, həmişə öz sözünü yeritmək istəyir. Ancaq mən hər şeyə nəzarət etməyə başladım və onun işə fokuslanmasına imkan vermədim. Nəticədə çempion oldum. Fettel mühəndislərlə daha yaxın işləyir. Bu keyfiyyət Həmiltonda yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*