İ.Kapelli: Ferrari-də səsini yüksəldən adam yoxdur

Sabiq formula1 sürücüsü İvan Kapelli bildirib ki, Ferrari-də səsini yüksəldən adam yoxdur.

F-1.az xatırladır ki, Ferrari komandası Frederik vassyörü yeni komanda rəhbəri kimi gətirib. Lakin əksəriyyət düşünür ki, fransalı rəhbər bu iş üçün yetərli deyil.

İvan Kapelli: “Şumaxerin ən yaxşı dövrlərində Montedzemolo bir şey deyəndə səsi Qestione Sprtivaya qədər gəlirdi. Bu gün belə deyil, çünki Con Elkan başqa işlərlə məşğuldur.

Mercedes-də bir şey olanda Toto Volff kamera qarşısında gülsə də, bazada işlər fərqli olur. Eyni hal Helmut Marko və Kristian Horner üçün də keçərlidir. Ferrari-də səsini yüksəldən adam yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*