C.Klia: Təkərləri tez yemirdik

Ferrari komandasının yarış mühəndisi Cok Klia düşünür ki, Ferrari təkərləri tez yemir.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün ilk 3 yarışından 2-ni qazansa da, daha sonra geriləməyə başlamışdı. Xüsusən də, təkər işlətməkdə Red Bull-dan geridə qalan Ferrari, yarış tempində çox itirirdi.

Cok Klia: “Düzünü desəm, insanlar yanılırlar. Tempimiz yox idi. Mövsümün ilk 12-13 yarışında Red Bull-larla mübarizə apara bilirdik. Daha sonra Red Bull 0.2 saniyə sürətləndi və buna görə rahatlıqla poul ala bilmirdik. Artıq qovan tərəf idik. Belə olan halda sürətli maşına qarşı mübarizə aparırdınız və təkərlər tez yeyilir.

Mövsümün əvvəlində güclər bərabər olanda biz təkərləri Red Bull-dan yaxşı işlədirdik. Lakin mövsümün sonunda Şarl onlara çatmağa çalışırdı. Heyif ki, Red Bull daha sürətlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*