21 Sentyabr 2019, Şənbə - 23:42

Ş.Lekler: “Hava kisəsindən yararlanmaq istəmədim”

Ş.Lekler: “Hava kisəsindən yararlanmaq istəmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

18:35 - 31 Avqust, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turunda hava kisəsindən yararlanmaq istəməyib.

F-1.az xatırladır ki, monakolu sürücü Belçikadakı sıralanma turunda komanda yoldaşı Fettelə 0.7 saniyə fərq ataraq, karyerasındakı üçüncü poulu qazanıb.

Şarl Lekler: “Poula görə xoşbəxtəm. İlk sektor istədiyim kimi olmadı. Xüsusən də ilk döngə Trafik çox idi və buna görə də qızdırma dövrəsində yavaş getməli olduq. İkinci döngədən sonfa isə mükəmməl idi.

Hava kisəsini istəmədiyimi komandaya dedim. Tək qalmaq istəyirdim. Dünən yarış tempində zəif idik. Buna görə də bunun üzərində işləməliyik. Bugünkü tempimizə baxsaq, güclü olduğumuzu deyə biıərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 93
Teqlər , , ,
Paylaş

logo