Ş.Lekler: Qəzanı bilərək etmədim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Monakoda sıralanma turunda qəzanı bilərək etməyib.

F-1.az xatırladır ki, son cəhdlərdən əvvəl Lekler protokollara başçılıq edirdi. Sessiyanın bitiminə 18 saniyə qalmış divara çırpılan monakolu sürücü qırmızı bayraqlara səbəb olub və sıralanma turu vaxtından əvvəl bitib. Bu əsnada sürətli sektorlarla gələn Ferstappen və Bottas düşünürdülər ki, Lekler bu qəzanı bilərək edib.

Lakin hazırda gənc sürücünün ötürmələr qutusunun dəyişmə təhlükəsi var. Belə olan halda, o, startda 5 yer itirəcək.

Ş.Lekler: “Hazırda məyusam. Ötürmələr qutusu barədə xəbər gözləyirəm. Xoşbəxt deyiləm. Deyəsən Valtteri ilə Maks mətbuat konfransında bu barədə danışırdılar. Düşünürlər ki, qəzanı bilərək edib. Belə düşünmədən əvvəl videolara və şəkillərə baxmalıdırlar. Əgər qəzanı bilərək etsəydim, daha ağıllı davranardım. Tam qazla bariyerlərə çırpılaraq, ötürmələr qutumu riskə atmazdım. Qəzanı bilərək etməmişəm. Ötürmələr qutusu dəyişilsə, bunu həzm etmək asan olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*