İspaniya-2017: Üçüncü sərbəst yürüşlər

Mercedes AMG komandası şənbə gününə keçən gecə kommendat saatı qaydasını pozub - komanda Valtteri Bottasın maşınının yeni güc qurğusunda dünən meydana çıxmış problemləri həll edə bilməmişdi.

F-1.az xəbər verir ki, həmin güc qurğusu başqa bir yeni güc qurğusu ilə əvəzlənib. Lakin bu dəfə də soyutma sistemində problem olub və finlandiyalının maşınına ilk dörd yarışdakı motor qoyulub. Valtteri bugünkü məşqlərin yalnız son 8 dəqiqəsində boksu tərk edə bilib.

Qalan sürücülər sessiyanın əvvəlindən işləməyə başlayıblar. Cümə günü komandalar keçənilki ilə müqayisədə daha sərt təkərlərin asfaltla ilişməsinin az olmasından şikayətlənirdilər. Bu gün isə onlar düzgün sazlanmaların tapılması üzərində işləyiblər. Sürücülər trasa əvvəlcə Hard və Medium təkərlərlə çıxıblar, lakin sonra sıralanma turuna hazırlıq məqsədi ilə Soft təkərlərə keçiblər, çünki Barselonada yarışa pouldan başlamaq olduqca vacibdir.

Sessiya sakit keçib. Ferrari telemetriyada Sebastyan Fettelin maşınında problem olduğunu görüb və alman sürücü pit yolununun çıxışında dayanıb və maşını boksa qaytarmalı olub.

Kimi Rəykkönen protokollara başçılıq edib – 1:20.214. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:20.214 20
2 5 Sebastyan Fettel Ferrari 1:20.456 + 0:00.242 7
3 44 Lyuis Həmilton Mercedes AMG 1:20.595 + 0:00.381 12
4 77 Valtteri Bottas Mercedes AMG 1:20.868 + 0:00.654 7
5 33 Maks Ferstappen Red Bull 1:21.025 + 0:00.811 14
6 3 Daniel Rikkardo Red Bull 1:21.249 + 0:01.035 15
7 27 Niko Hülkenberq Renault 1:21.670 + 0:01.456 13
8 19 Felipe Massa Williams 1:21.746 + 0:01.532 19
9 55 Karlos Sayns Toro Rosso 1:21.835 + 0:01.621 19
10 14 Fernando Alonso McLaren 1:22.093 + 0:01.879 16
11 8 Roman Qrojan Haas 1:22.128 + 0:01.914 21
12 20 Kevin Maqnussen Haas 1:22.214 + 0:02.000 12
13 11 Serxio Peres Force İndia 1:22.237 + 0:02.023 19
14 31 Esteban Okon Force İndia 1:22.297 + 0:02.083 22
15 26 Daniil Kvyat Toro Rosso 1:22.391 + 0:02.177 15
16 9 Markus Eriksson Sauber 1:22.513 + 0:02.299 20
17 18 Ləns Stroll Williams 1:22.574 + 0:02.360 19
18 30 Colion Palmer Renault 1:22.755 + 0:02.541 13
19 2 Stoffel Vandorn McLaren 1:22.853 + 0:02.639 15
20 94 Paskal Verlyayn Sauber 1:22.974 + 0:02.760 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*