Günter Ştayner: “Serxio komanda yoldaşından daha yaxşı çıxış edir. O, əlindən gələni edir, baxmayaraq ki, maşınının pelotonda ən ləng olduğunu bilir. Amma bununla bağlı nə edə bilər? O da, Valtteri də göstərdikləri səylərə görə dəyərləndirilirlər, bu maşınla bundan artığına nail olmaq mümkün deyil, belə vəziyyətdə isə motivasiyanı itirmək çox asandır.
Onun fonunda Bottas xeyli zəif görünür. Peres nəyəsə nail olmağa çalışır, Valtteri isə, deyəsən, artıq təslim olub. Əgər Cadillac sürücülərdən birini əvəzləmək qərarına gəlsə, bu, Valtteri olacaq.
Düşünürəm ki, Bottas Cadillac-da çıxışından başqa cür nəsə gözləyirdi. İndi sanki öz-özünə belə düşünür: “Bəli, mən Formula1 bolidini idarə edirəm, amma Mercedes-də də ehtiyat sürücü kimi yaxşı işim var idi. Orada yarışlarda iştirak etmədən kənarda qalırdım, indi isə son yerlər uğrunda son həddə qədər çalışmalı oluram”.





