K.Rəykkönen evlənir?

Kimi Rəykkönen və onun qız dostu Minttu Virtanen önümüzdəki aylarda evlənməyə hazırlaşırlar...

F-1.az xatırladır ki, finlandiyalı sürücü ilə Minttu Virtanen 2013-cü ildən münasibətdədirlər. Çıxan xəbərlərə əsasən, Rəykkönen Virtanen ilə İtaliyada böyük toy məclisi quracaq. Toy Syena şəhərində olacaq və təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq. Buna görə də Rəykkönen komanda yoldaşı Sebastyan Fetteli toyuna dəvət etməyib.

Beləliklə, Minttu Virtanen Rəykkönenin ikinci həyat yoldaşı olacaq. Qeyd edək ki, Rəykkönen 2013-cü ildə birinci həyat yoldaşı Cenni Dalmandan boşanmışdı…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*