24 Avqust 2019, Şənbə - 13:06

Ferrari SF90-ı təqdim edib

Ferrari SF90-ı təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

14:00 - 15 Fevral, 2019

Ferrari 2019-cu il bolidi olan SF90-ı Maranelloda təqdim edib.

F-1.az xatırladır ki, Formula1-in ən uğurlu komandası keçən mövsüm Sebastyan Fettel və Kimi Rəykkönen cütü ilə 2008-ci ildən sonda ən uğurlu nəticəsini qazanmışdı. Lakin keçən ildən sonra komandada vacib dəyişikliklər olub. Komanda rəhbəri olan Mauritsio Arrivabene postundan göndərilib. Onu komandanın texniki direktoru Mattia Binotto əvəz edib. Bundan başqa “qırmızılar”-ın heyətində son titulu qazanmış Kimi Rəykköneni gənc Şarl Lekler əvəz edib.

Yeni bolidin adı Scuderia Ferrari-nin 90-cı ildönümü şərəfinə SF90 olub. Bolid tünd qırmızı rəngdədir. Mission Winnow yazısı və loqotipi müvafiq olaraq arxa qanadda və mühərrik qapağında qara rəngdə təsvir edilib. Ön qanad əvvəl təqdim edilən bolidlərdəkindən fərqlidir. Bundan başqa hava girişləri də darlaşdıdılıb. Mühərrik qapağı üstünlük qazanmaq üçün darlaşdırılıb və saydpodlar yeni qaydalara görə daha fərqli olub.

Ferrari-nin rəhbəri Luis Kamilyeri bolid barədə fikirlərini bölüşüb: “Bu bolid ən son texnologiyalardan ibarətdir. Yeni qaydaları əks etdirir və komanda daxilindəki hər kəsin əziyyətinin bəhrəsidir.

Bu il bizim üçün çox vacibdir. Çünki 90 il əvvəl Scuderia Ferrari Modena-da dünyaya gəlib. Keçən mövsüm son 10 ildəki ən yaxşı nəticəmizi qazandıq. Ancaq hədəfimiz bu deyildi. Belə vəziyyəti qəbul etmək asan deyil, amma bu il daha güclü olacağımıza təminat verirəm”.

Komandanın rəhbəri Mattio Binotto isə irəliyə baxacaqlarını deyib: “İrəliyə baxırıq. Düşünəcək çox şey yoxdur. Əlimizdən gələni edib ən yaxşı nəticəni qazanmalıyıq”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər ,
Paylaş

logo