Ş.Lekler: “Komanda mənə məlumat verməyib”

Ferrari komandası Kanadada Sebastyan Fettelin cəza aldığını Şarl Leklerə deməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü trasa təhlükəli formada qayıtdığı üçün 5 saniyə cəza alıb. Şarl Lekler isə finişə çatanda komanda yoldaşından 6 saniyə geridə qalıb və ikinciliyi bir saniyə fərqlə əldən verib.

Şarl Lekler: “Radiodan Sebastyanın 5 saniyə cəza aldığlnı mənə demədilər. Sadəcə var qüvvəmlə sürürdüm. Əvvəlcə ikinci dəfə pitə çağıraraq sürətli dövrəni düşündülər. Razı olmadım. Var qüvvəmlə sürmək istədim. Çünki öndəki rəqiblərimdən sürətli olduğumu bilirdim. Bir insident olacağı halda, şansımı qorumaq istədim. Amma Fettelin cəza aldığını bilmirdim. Pitə gec gedərək Virtual və ya real təhlükəsizlik maşınını gözlədik. İndi bunun doğru olub-olmadığını müzakirə edə bilərik. Bu gün doğru deyildi. Çünki çox vaxt itirdik və daha sonra rəqibləri qovmalı olduq. Ümumilikdə performansım yaxşı idi. Sadəcə bəxtimiz gətirmədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*