16 Oktyabr 2019, Çərşənbə - 02:16

K.Rəykkönen Pirelli-nin yeni yağış təkərlərini bəyənməyib

K.Rəykkönen Pirelli-nin yeni yağış təkərlərini bəyənməyib

Müəllif: Elçin Zodorov, redaktor

13:04 - 26 Yanvar, 2016

Dünən Fransanın cənubundakı Le Kastelle qəsəbəsindəki Pol Rikar trasında Pirelli-nin yeni yağış təkərlərinin yoxlanılması üçün ikigünlük testlər başlayıb. Bu testlərdə Ferrari, Red Bull və McLaren komandaları iştirak edir.

F-1.az xatırladır ki, testlərin ilk günündə Ferrari-ni Kimi Rəykkönen, Red Bull-u Daniel Rikkardo, McLaren-i isə Stoffel Vandorn təmsil edib. Bu testlərdə Pirelli-nin əsas məqsədi yağışlı havada yaranan su şırnaqlarında təkərlərin sürüşməsinin qarşısını almaq üçün tədbirlər görməkdir.

Kimi Rəykkönen: “Mənə elə gəlir ki, keçən il istifadə etdiyimiz təkərlər builkindən daha yaxşı idi. Amma inanıram ki, bunu demək üçün bir qədər tezdir. Bu, mənim ilkin təəssüratlarımdır.

Testin ilk günü yaxşı keçdi. Keçən həftə komandanın köhnə maşınla işləməsi istisna olmaqla, uzun zamandır ki, maşınlarımız trasa çıxmırdı. Biz keçən mövsüm də maşınımızdan yağışlı havalarda tam razı deyildik. Buna görə də, bu testlərdən problemləri həll etmək üçün faydalı məlumatlar ala bilərik.

Biz gün ərzində heç bir problem yaşamadıq. Əgər Pirelli-yə kömək edə biliriksə, testləri uğurlu hesab etmək olar”.

Finlandiyalı pilot gələcək mövsüm barədə də danışıb: “Qalib gəlmək istəyirik. Qələbələr qazandığımızda deyə biləcəyik  ki, məqsədimizə nail olmuşuq. Yeni maşınımız trasda heç bir dövrə də vurmayıb. Baxaq görək, 1 ay sonra keçiriləcək mövsümöncəsi testlərdə hansı vəziyyətdə olacağıq. Buna əsasən nələr əldə edə biləcəyimizi demək olar”.

Qış fasiləsini necə keçirdiyi barədə suala isə 2007-ci ilin çempionu belə cavab verib: “Mən ailəmlə birgə əla istirahət edirəm”.

Qeyd edək ki, bu gün – testlərin ikinci günündə Rəykköneni Sebastyan Fettel əvəz edəcək.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 586
Teqlər , , ,
Paylaş

logo