11 Dekabr 2018, Çərşənbə axşamı - 17:30

İtaliya-2018: Sıralanma turu

İtaliya-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 01 Sentyabr, 2018

Mühərriyin gücündə və effektivliyində Mercedes üzərində üstünlük qazanan Ferrari doğma Montsaya favorit qismində gəlib.

F-1.az xəbər verir ki, komandalar Montsaya arxa qanadın maraqlı versiyalarını gətiriblər, ona görə də sərbəst yürüşlər problemsiz ötüşməyib. Cümə günü Markus Eriksson ciddi qəzaya uğrayıb – əylənmə zonasında arxa qanadın hərəkətli elementi bağlanmayıb. Bu gün səhər isə Niko Hülkenberqin maşınında DRS-in lövhəsi açıq vəziyyətdə ilişib qalıb.

Keçən il olduğu kimi bu dəfə də həftəsonunun əsas həlledici faktoru hava şəraiti olub. Cümə və şənbə günü yağış yağdığı üçün ənənəvi proqramları tam yerinə yetirmək mümkün olmayıb.

Sebastyan Fettel iki dəfə məşqlərdə rəqiblərindən üstün olub – Ferrari bu trasda Mercedes-in ardıcıl 4 poul seriyasını qırmağa köklənib. Ümumiyyətlə, bu trasda qırmızılar sonuncu dəfə Alonso ilə 2010-cu ildə poul qazanmışdılar.

Pirelli Montsaya Medium, Soft və SuperSoft tərkiblərini gətiriblər. Sıralanma turundan əvvəl yağış yağsa da, sessiyanın startına qədər asfalt tam quruyub. Hava proqnozu qarşıdakı saat ərzində böyük ehtimalla yağış vəd etsə də, poulun sahibi quru trasda müəyyən olunub.

Rikkardo, Hülkenberq və Eriksson bilirdilər ki, güc qurğusundakı dəyişikliklər üzündən sonuncu yerlərdən start alacaqlar, ona görə də komandalar strategiya seçimində bu faktı nəzərə alıblar.

Birinci sessiyada bütün sürücülər trasa SuperSoft-la çıxıblar. İlk cəhdində Fettel protokollara başçılıq edib – 1:20.542, almaniyalı sürücünün bu nəticəsini yaxşılaşdıran olmayıb. Mübarizəni isə gözlənilmədən Serxio Peres dayandırıb, meksikalı sürücüyə Lekler, Hartli, Eriksson və Vandorn yoldaşlıq ediblər.

İkinci sessiyada sürücülər yenə də SuperSoft-dan istifadə ediblər. Rikkardo trasa çıxmayıb. Həmilton ilk cəhdində 80 saniyədən sürətli olub – 1:19.798, amma Fettel onu azca üstələyə bilib – 1:19.785. İkinci cəhdində Fettel bu nəticəni daha da yaxşılaşdıraraq, protokollara başçılıq edib – 1:19.629.

Alonso və Maqnussen ilk döngədə bir-birinə maneçilik törədərək yaxşı nəticə göstərə bilməyiblər, insidenti araşdıran stüardlar isə heç bir sürücüyə cərimə tətbiq etməyiblər.

Mövsümdə ilk dəfə Williams-ın sürücüsü sonuncu sessiyaya keçə bilib – Sergey Sirotkin ilk sektorda cüzi səhvə yol versə də, Ləns Strol əlindən gələni edərək, ilk onluğa düşüb. Mübarizəni isə Maqnussen, Sirotkin, Alonso, Hülkenberq və Rikkardo dayandırıblar.

Son sessiyada ilk cəhdində Həmilton Montsanın yeni rekorduna imza atıb – 1:19.390, Kimi Lyuisə cəmi 0.07 saniyə, Sebastyan isə 0.1 saniyə uduzub.

İkinci cəhdində Həmilton nəticəsini 0.1 saniyə yaxşılaşdırıb – 1:19.294, amma Ferrari-nin sürücüləri daha sürətli olublar – Fettel müvəqqəti liderliyi ələ alsa da, Rəykkönen tarixin ən sürətli dövrəsinə sahib çıxıb – 1:19.119.

Beləliklə, Kimi mövsümdə 1-ci, karyerasında isə 18-ci dəfə poul qazanıb. Fettel komanda yoldaşına cəmi 0.161 saniyə uduzub – qırmızılar ilk cərgəni tam zəbt ediblər. İkinci cərgədən isə Mercedes sürücüləri yarışa başlayacaqlar.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG141:39.403641:37.34461:36.0155
233Maks FerstappenRed Bull51:38.751421:37.21431:36.3347
35Sebastyan FettelFerrari21:38.218561:37.87661:36.6286
477Valtteri BottasMercedes AMG121:39.291731:37.25471:36.7026
57Kimi RəykkönenFerrari31:38.534511:37.19461:36.7946
63Daniel RikkardoRed Bull11:38.153351:37.40631:36.9966
711Serxio PeresRacing Point61:38.814871:38.34251:37.9856
88Roman QrojanHaas41:38.685681:38.36761:38.3203
931Esteban OkonRacing Point71:38.9128101:38.53461:38.3656
1027Niko HülkenberqRenault81:38.932691:38.45061:38.5886
1114Fernando AlonsoMcLaren91:39.0226111:38.6416
1255Karlos SaynsRenault101:39.1036121:38.7166
1316Şarl LeklerSauber111:39.2068131:38.7476
149Markus ErikssonSauber131:39.3668141:39.4536
1510Pyer QasliToro Rosso151:39.6147151:39.6916
1620Kevin MaqnussenHaas161:39.6446
1728Brendon HartliToro Rosso171:39.8098
182Stoffel VandornMcLaren181:39.8648
1935Sergey SirotkinWilliams191:41.2638
2018Ləns StrollWilliams201:41.3346

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 473
Teqlər , , , , ,
Paylaş

logo