L.Həmilton: “Hamı təkər problemi yaşayır”

Lyuis Həmilton bildirib ki, demək olar ki, komandalar hamısı təkərlərin təzyiqi ilə bağlı problem yaşayır...

F-1.az xatırladır ki, Lyuis Həmilton güc qurğusunu dəyişdirdiyi üçün yarışa ən geridən başlayacaq və onu çətin mübarizə gözləyir.

Britaniyalı sürücü birinci sərbəst yürüşlərdə 2-ci yeri tutduğu halda, ikinci sərbəst yürüşlərdə yumşaq təkərlərlə işləməyib və 13-cü yeri tutub. Ümumilikdə isə, britaniyalı sürücü yarış tempi üzərində işləyib.

Həmilton təkərlərdə çoxlu problemlərin olduğunu bildirib: “Mənim üçün bəsit, mexaniklər üçün isə çətin gün idi. Gördükləri işə hörmət edirəm və onlara təşəkkür edirəm. Təkərlərin təzyiqi yüksək olduğu üçün onlara nəzarət etmək də çox çətin idi. Amma vəziyyət hamı üçün eynidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*