15 Noyabr 2019, Cümə - 14:20

Britaniya-2016: Üçüncü sərbəst yürüşlər

Britaniya-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:16 - 09 İyul, 2016

Dünən sürücülər quru trasda çalışsalar da, bu gün səhər tezdən Silverstouna yağış yağıb. Ona görə də sessiyanın əvvəlində sürücülər trasa keçid və yağış üçün təkərlərlə çıxıblar, bir dövrə vurduqdan sonra isə boksda gözləməyə ütsünlük veriblər.

F-1.az xəbər verir ki, 15 dəqiqədən sonra Serxio Peres quru təkərlərlə kəşfiyyata çıxıb, daha sonra digər sürücülər də eyni addımı atıblar.

Felipe Nasr 16-cı döngənin əylənmə zonasında yerində fırlanıb. 39-cü dəqiqədə isə Markus Eriksson ciddi qəzaya uğrayıb və sessiya qırmızı bayraqlarla dayandırılıb.

Stowe döngəsinin çıxışında porebrikə hücum edən Markus maşına nəzarəti itirib və maşın böyük sürətlə böyrü üstə baryerlərə çırpılıb. Zərbə çox güclü olub. Eriksson maşını müstəqil tərk edib, amma qəza yerinə gələn həkim beyin silkələnməsindən şübhələnib.

Eriksson tibbi mərkəzə, oradan isə yaxınlıqdakı hospitala göndərilib. Maşının təxliyəsi və baryerlərin bərpası zaman tələb edib. Yalnız 1 dəqiqədən sonra sürücülər yenidən trasa qayıda biliblər, amma qalan vaxt ərzində sıralanma turu rejimində cəmi bir dövrə vura biliblər.

Protokollara isə yenə də Lyuis Həmilton başçılıq edib – 1:30.904. Boksa qayıdarkən Fettel mühəndislərinə ötürmələr qutusundakı problemlər barədə şikayətlənib, hərçənd, dünən onun maşınına yeni qutu qoyulmuşdu.

Bizi nahardan sonra maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:30.90410
26Niko RosberqMercedes AMG1:30.967+ 0:00.06318
33Daniel RikkardoRed Bull1:31.488+ 0:00.5846
433Maks FerstappenRed Bull1:31.561+ 0:00.6577
55Sebastyan FettelFerrari1:32.049+ 0:01.14510
677Valtteri BottasWilliams1:32.736+ 0:01.83214
714Fernando AlonsoMcLaren1:32.754+ 0:01.85011
827Niko HülkenberqForce İndia1:32.798+ 0:01.89414
97Kimi RəykkönenFerrari1:32.833+ 0:01.92912
1055Karlos SaynsToro Rosso1:32.889+ 0:01.98510
1121Esteban QutyerresHaas1:32.895+ 0:01.99112
1222Censon BattonMcLaren1:33.042+ 0:02.13811
138Roman QrojanHaas1:33.344+ 0:02.44013
1411Serxio PeresForce İndia1:33.361+ 0:02.45713
1519Felipe MassaWilliams1:33.440+ 0:02.53614
1626Daniil KvyatToro Rosso1:33.538+ 0:02.63410
1712Felipe NasrSauber1:33.710+ 0:02.80610
1830Colion PalmerRenault1:33.769+ 0:02.86513
1920Kevin MaqnussenRenault1:34.049+ 0:03.14510
2088Rio HaryantoManor1:34.471+ 0:03.56714
219Markus ErikssonSauber1:34.551+ 0:03.6477
2294Paskal VerlyaynManor1:34.658+ 0:03.75411

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər , , , ,
Paylaş

logo