L.Həmilton üzr istəyib

İtaliya Qran Prisində Oskar Piastri ilə təmas yaşayan və rəqibini xalsız qoyan Lyuis Həmilton yarışdan sonra üzr istəyib.

F-1.az xatırladır ki, pit-stoplardan sonra Lyuis Həmilton McLaren sürücülərinə çatıb. 41-ci dövrənin 4-cü döngəsində isə yeddiqat Dünya Çempionu rəqibi Oskar Piastriyə hücum edib. Lakin 38 yaşlı sürücü trayektoriyanı səhv hesabladığı üçün Oskarla təmas yaşayıb. Lyuis yoluna davam etsə də, Piastrinin ön qanadı qırılıb və o pit-stop etməli olub və xal zonasından geriyə düşüb.

Həmilton bu insidentə görə 5 saniyə zaman cəzası alsa da, yarışı 6-cı yerdə bitirib. Piastri isə pit-stopdan sonra 14-cü yerə qədər geriləsə də, sonda 11-ci olub. Üstəlik son dövrədə yaşadığı insidentə görə cəza alaraq, 12-ciliyə geriləyib. Beləliklə uzun müddət xal zonasında getdiyi yarışdan evə əliboş qayıdıb.

Piastri ən sürətli dövrəni vursa da, onluğa düşmədiyi üçün ona 1 xal verilməyib.

Yarışdan sonra Lyuis Həmilton avstraliyalı sürücünün yanına gedərək, onun əlini sıxıb və intervyu vaxtı rəqibindən üzr istəyib.

Lyuis Həmilton: “Məncə, bu yarışlarda qazandığımız hər yer çox çətin olur. Bunun üçün mübarizə aparmalı oluruq. Yarışa Hard təkərlərlə başlayaraq, balansı təmin etmək gözəl idi. Amma start çətin oldu. Sonda mübarizədən həzz aldım. Bir az bəxtimiz gətirmədi və sonda Piastri ilə aramızdakı boşluğu dəyərləndirdim. Tamamilə mənim səhvim idi. O dəqiqə gedib ondan üzr istədim və yolumuza davam etdik”.

Oskar Piastri isə məyus olsa da, Həmiltonla olan insidentin çox şişirildiyini düşünür.

Yarışdan sonra danışan 21 yaşlı sürücü belə deyib: “Lyuislə olan insident düşündüyümdən bir az çox şişirildi. Stüardlar qərarlarını açıqladılar və o da üzr istədi. Buna görə də bu nöqtədə istəyəcəyim ya da edəcəyim bir şey yoxdur.

Liam Lousonla olan insidentə gəldikdə isə yarış mənim üçün pis keçirdi. O mübarizədə mən daha sürətli idim. Buna görə də bir neçə dəfə onu xarici radiusdan ötməyə çalışdım və elə də oldu”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*