K.Sayns: Pis deyilik

McLaren komamdasının sürücüsü Karlos Sayns bildirib ki, Racing Pointdən geridədirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Belçikadakı cümə sərbəst yürüşlərində 9-cu olub.

Karlos Sayns: “Fərqli trasa gəlmişik və bolid aşağı asfaltayatma qüvvəsi olanda fərqli davranır. Bəzi şeylər dəyişib. Renault hazırda sürətli görünür və biz də pis deyilik. Cümə günü göstərdiyimiz performansdan razıyıq. Ancaq Racing Point və Renault bir az sürətlidirlər.

Renault-nin tempinə təəccüblənmədim. Keçən il də həm burada, həm də Montsada templəri yaxşı idi. Bu cür traslarda bolidləri əla işləyir. Buraya gələndə bilirdik ki, çox güclü rəqib olacaqlar. Buna görə də öz işimizə fokuslanmalı və problemləri tapmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*