K.Maqnussen İtaliyada yarışacaq

Danimarkalı sürücü həkimlərin müayinəsindən keçib və ona İtaliya Qran Prisində iştirak etməyə icazə verilib.

F-1.az xatırladır ki, Maqnussen keçən həftə Belçika Qran Prisində idarətetməni itirərək ağır qəzaya uğramışdı. Qəzadan sonra yarış qırmızı bayraqlarla dayandırılmışdı. Maşından düşərkən bir qədər axsayan Renault sürücüsü xəstəxanaya aparılmış, onun ciddi zədəsinin olmadığı, sadəcə sol ayaq biləyində kiçik bir kəsiyin olduğu bildirilmişdi.

Renault komandası rəsmi twitter səhifəsində Maqnussenin son müayinələrdən uğurla keçdiyini və Montsada yarışacağını bildirib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*