17 Noyabr 2019, Bazar - 02:04

S.Vandorn: “İki rəqəmi mənim üçün vacibdir”

S.Vandorn: “İki rəqəmi mənim üçün vacibdir”

Müəllif: Rauf Hacıyev, redaktor

23:51 - 14 Dekabr, 2016

McLaren komandasının belçikalı sürücüsü Stoffel Vandorn nəyə görə 2 nömrəsini seçdiyini izah edib..

F-1.az xatırladır ki, gələn ildən etibarən McLaren komandasının şərəfini qoruyacaq Vandorn 2 nömrə ilə yarışmağa qərar verib.

Stoffel Vandorn: “2010-cu ildə ilk dəfə təkoturacaqlı seriyada – Formula4 Eurocup 1.6-da bu nömrə ilə çıxış etmişdim. Buna görə də hazırda 2 rəqəmini seçdim.

Əslində o vaxt bu rəqəmi mən seçməmişdim. Komanda mənə vermişdi. Amma mənim üçün gözəl mövsüm olmuşdu. Bir neçə yarış qazandım. Bu rəqəmlə bağlı gözəl xatirələrim var”.

Vandorn bildirib ki, onu çətin bir mövsüm gözləyir: “Gələn il üçün hazırlaşmağa davam edirəm və öyrənməli çox şey var. Miladdan sonra vaxt tez gedəcək. İlk test üçün səbirsizlənirəm. Aerodinamik qaydalar və yeni təkərlərə görə gələn ilin bolidlərini sürmək daha çətin olacaq. Bilirəm ki, fiziki cəhətdən çətin olacaq və buna görə də məşqçimlə bir yerdə işləyirik. Qış ərzində çoxlu məşq edib, özümü yeni mövsümə hazırlayacam.

Yeni bolidlərin necə olacağını heç kim bilmir və buna görə də nələr olacağını demək çətindir. Amma belə olması daha yaxşıdır. İşlər hamı üçün çətin olanda böyük fərqlər yarada bilərsiniz. Ən böyük çətinlik boyun nahiyəsi  üçün olacaq. Yüksək G qüvvələri bizim üçün çətin olacaq. Nə qədər işləsəm də, ilk qış testindən sonra özümü yorğun hiss edirəm.

Spa mənim ən sevimli trasımdır və öz vətənimdə yarışacağım üçün həyəcanlıyam. Orada ilk dəfə yarışacam və ailəmdən çox adam olacaq. Orada olmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 505
Teqlər , ,
Paylaş

logo