Belçika-2020: Həftəsonuna ilkin hava proqnozu

İlkin təxminlərə görə, Spada həftəsonu boyunca dəyişkən və yağışlı hava gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, lakin yağıntı gözlənilmir. Temperatur +19 dərəcəni keçməyəcək. Şənbə və bazar günləri şiddətli yağış yağmalıdır, hava isə +21 dərəcəyə qədər qızacaq.

Xatırladaq ki, burada keçən il bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,