M.Həkkinen: Alpine ilə McLaren arasında dramatik mübarizə olacaq

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen düşünür ki, McLaren ilə Alpine arasında gedən dördüncülük mübarizəsi son yarışda lap dramatik olacaq.

F-1.az xatırladır ki, mövsümün sonuna iki yarış qalmış iki komanda arasında cəmi 7 xal fərq var.

Mika Həkkinen: “Sabiq komandam McLaren və Alpine arasında gedən mübarizə həyəcanlıdır. Hər iki komanda da dördüncü olmaq üçün əllərindən gələni edirlər. Hazırda onlar üçün hər xal vacibdir.

Fernando Alonsonun mübarizəni dayandırması Alpine-nin işlərini çətinləşdirdi. Əgər Daniel və Norris son iki yarışda da belə sürsə, maraqlı mübarizə izləyə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*