D.Rikkardo 21 milyon dollar təzminat tələb edir

Daniel Rikkkardo müqaviləsinin ləğvi qarşılığında McLAren-dən 21 milyon dollar tələb edib.

F-1.az bildirir ki, Oskar Piastrinin McLaren-ə keçidi böyük ehtimalla həll olunub və gənc sürücü böyük ehrimalla yerlisi Rikkardonu əvəz edəcək. Lakin 33 yaşlı Danielin müqaviləsi gələn ilin sonunda bitir və müqaviləni ancaq “bal porsuğu” ləqəbli pilot ləğv edə bilər.

Bəzi resursların verdiyi xəbərə görə Rikkardo müqaviləsinin ləğvi üçün McLaren komandasından 21 milyon dollar tələb edib. Komanda danışıqlarla bu məbləği azaltmaq istəyir. Lakin Daniel gələn il bir komandaya transfer olunsa, aldığı maaşı McLaren-ə geri verməlidir. Məsələn, avstraliyalı pilot yeni komandasından 10 milyon dollar maaş alsa, onu olduğu kimi təzminatın bir hissəsi kimi geri verməlidir.

Amma McLaren təkcə Rikkardonun təzminatını verməyəcək. Əgər Piastri məhkəmədə Alpine-ə uduzsa, gənc pilotun təzminatını da Britaniya komandası ödəməlidir. Təzminatın 15 milyon dollar olması gözlənilir. Belə çıxır ki, Piastrinin transferi McLaren-ə 30 milyon dollara başa gələclək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*