D.Rikkardo: “Ferrari-yə çatmalıyıq”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onlar növbəti yarışlarda Ferrari və Mercedes-ə çata biləcəklər.

F-1.az xatırladır ki, Red Bull Çin yarışında mükəmməl performans göstərdi və sübut etdi ki, onların şassisi hazırda ən güclü şassilərdəndir.

Rikkardo bildirib ki, Avropa yarışlarına həm Red Bull, həm də Renault yeniliklər gətirəcəklər və növbəti yarışlarda Mercedes və Ferrari-yə çatacaqlar: “Qətiliklə, onlara yaxınlaşırıq. Hələ də Mercedes və Ferrari mükəmməl dövrələr atırlar. Amma artıq onlara daha yaxınıq.

Şassi yaxşı vəziyyətdədir və bu bizim üçün yaxşı xəbərdir. Düzlük sürətinə görə keçən ilə nisbətən daha yaxınıq. Hər iki tərəf də inkişaf edir və bu bizi cəsarətləndirir.

Növbəti yarışlarda şassi get-gedə təkmilləşəcək. Bəzi yarışlarda güc qurğusuna yeniliklər gələcək. Ümid edirəm ki, bunlar bizim inkişaf etməyimizə kömək edər. Biz 1 aylıq yay tətilindən əvvəl Ferrari-yə çatmalıyıq”.

Rikkardo düşünür ki, növbəti yarışlarda Mercedes, Ferrari və Red Bull qələbə uğrunda mübarizə apara bilərlər: “Keçən il mövsümü bitirdiyimiz yerə baxanda, Kanadada gətiriləcək yeniliklərdən heç nə gözləmirdim, amma sonra gördüm ki, Renault yaxşı istiqamətə doğru dəyişib. Hazırkı mühərriklər gözlədiyimizdən daha yaxşıdır.

Yeniliklər işə yarayır, buna görə də gələcək barədə yaxşı düşünürük. Ferrari mühərriyi ilə mübarizə aparmaq üçün daha çox gücə ehtiyacımız var.

Yarışların maraqlı olması üçün 3 komanda qələbə uğrunda mübarizə aparmalıdır. Biz də bunun üçün işləyirik”.

Rikkardo Soçi yarışı üçün gətridikləri yenilikləri dəyərləndirib: “Bəzi aerodinamik detallar var. Demək olar ki, hər yarışa yeniliklər gətiririk. Çində sınaqdan keçirdiyimiz bəzi detalları burada sınaya bilərik.

Ferrari və Mercedes-in asfalta yatma qüvvəsi daha güclüdür. Biz mübarizə aparmaq üçün daha az asfalta yatma qüvvəsi ilə yarışırıq. Barselona və Monakoda hər şey fərqli ola bilər. Mühərriklər arasındakı real fərqi orada görə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*