L.Həmilton Formula1-dən ayrılır?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, mövsümün sonunda Formula1-dən ayrıla bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1 karyerasına 2007-ci ildə başlamış və 2008-ci, 2014-cü, 2015-ci illərdə Dünya Çempionu titulunu qazanmışdı. Karyerası ərzində sadəcə iki komandada yarışan britaniyalı sürücü iki həftə əvvəl keçirilmiş Kanada Qran Prisinin sıralanma turunda 65-ci poulunu qazanaraq, bu statistikada Ayrton Sennaya çatmışdı. Üçqat Dünya Çempionunun əfsanəvi Mixael Şumaxerə çatmasına 3 poul qalıb.

Lyuis Həmilton: “Taleyim öz əllərimdədir. İlin sonunda karyeramı bitirə bilərəm. Beş il sonra ayrılsam, daha çox miras qoya bilərəm? Kim bilir? Mən sonrakı döngədə nə olacağını bilmirəm. Buna görə də plan qurmağı sevmirəm. Nə edəcəyimi mən də bilmirəm.

Bəli, rəqabətə görə Formula1 hazırda daha əyləncəlidir. Başqa komanda ilə mübarizə aparmaq daha asandır. Komanda daxili mübarizələr həmişə çətin olur və gərginlik davamlı olaraq artır. Komandada bu cür hallar olmamalıdır. İndi isə başqa komandaya qarşı mübarizə aparırıq. Bu daha gözəldir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*