B.Ekklstoun Ferstappenin rekord yeniləməsini istəyir

Maks Ferstappen F1-ə gəldiyi, xüsusilə də Red Bull ilə ilk qələbəsini qazandığı gündən bəri karyerası boyu əldə edə biləcəyi uğurlar həmişə müzakirə mövzusu olub.

F-1.az bildirir ki, Formula1-in keçmiş başçısı Berni Ekklstoun onun çempionluq sayında hamını üstələməsini istəyir. Lakin nə baş verəcəyini zaman göstərəcək.

Berni Ekklstoun: “Maks titul sayına görə Mixael Şumaxer və Lyuis Həmiltonun rekordunu yeniləcəkmi? Kim bilir… Ümid edək ki, o, bacarar”.

Xatırladaq ki, Ferstappen bu mövsüm vaxtından əvvəl – Yaponiya Qran Prisində ardıcıl ikinci çempionluq titulunu rəsmiləşdirib. Niderlandlı sürücünün Red Bull ilə hələ uzunmüddətli müqaviləsi var…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*