M.Ferstappen: Red Bull hər yerdə güclüdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen testlərin ilk günündən sonra bildirib ki, RB16 hər yerdə sürətlidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü testlərin ilk günündə 168 dövrə vurub və lider Həmiltondan 0.5 saniyə gerisində 4-cü olub.

Maks Ferstappen: “Bolidimiz hər yerdə güclüdür və bu, yaxşı haldır. Boliddə oturanda özüməinam artır. Gün əla keçdi. Bolid və mühərrik birlikdə yaxşı işləyir. Biz də bunu görmək istəyirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*