Serxionun maşınına zibil ilişibmiş

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Montsada Serxio Peresin əyləc kanalına zibil girdiyi üçün əyləclər tüstüləyib.

F-1.az xatırladır ki, meksikalı sürücü ilk dövrələrdə gözlənilmədən pit-stop edib və onun sağ ön əyləci tüstüləməyə başlayıb. Hətta Peres mübarizəni saxlamğı belə düşünüb. Buna görə də o, yarışda 6-cı yeri tutub.

Kristian Horner: “Serxio yarışın ilk dövrəsində təkərini kilidlədi. Bu da titrəməyə səbəb oldu. Bu titrəmə elə təhlükəli idi ki, onu pitə almalı olduq. Bundan başqa əyləc kanalına zibil doldu və tüstüləməyə başladı. Temperaturun düşməsi üçün bu zibillər təmizlənməli idi və tamamilə əriməsi üçün bir neçə dövrə lazım oldu.

Bundan sonra Serxio sürətləndi və tempi yüksəldi. Məncə, pitə gəlməsə, Lyuisə yaxınlaşa bilərdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*