Azərbaycan-2021: Yarış

Çətin şəhər trası, sürüşkən asfalt, hər sessiyada qırmızı bayraq... Bakımızdakı yarış dram və özünəməxsus ssenarisi ilə heç vaxt stasionar traslardan geri qalmır.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Maks Ferstappen və Serxio Peres hamıdan sürətli olublar. Dünənki son məşqlərdə isə Pyer Qasli protokollara başçılıq edib. Sıralanma turu çox maraqlı alınıb, Şarl Lekler ardıcıl ikinci dəfə hadisələrlə sona çatan mərhələni poulla başa vurub.

Pirelli paytaxtımıza ilk dəfə ən yumşaq 3 tərkibi – C3, C4 və C5 təkərlərini gətirib. Lakin bu tərkiblərin belə asfaltla ilişməsi çox zəif olub və maşınların sürüşməsi halları tez-tez baş verib. Rəykkönen, Rassell və Latifi Medium, Stroll Hard, qalan sürücülər isə Soft təkərlərlə yarışa başlayıblar.

Start düzümündə ilk cərgəni Lekler və Həmilton, ikinci cərgəni Ferstappen və Qasli, üçüncü cərgəni isə Sayns və Peres zəbt edib.

Lekler startda yerini qoruyub, Peres Saynsı keçib, bir qədər sonra isə Qasli ona önə keçməsi üçün imkan yaradıb. Alonso Tsunodanı geridə qoyub. 2-ci dövrədən sonra ilk onluq: Lekler – Həmilton – Ferstappen – Peres – Qasli – Sayns – Alonso, Tsunoda, Fettel, Bottas.

Rassell erkən pit-stop edərək Hard təkərlərə keçib. Bir qədər sonra Covinatsi də pit-stop edib. Həmilton 3-cü dövrədə Ferrari-nin yarış tempinin olmamasından yararlanaraq Lekleri geridə qoyub və liderliyə yüksəlib. Okon bir dövrə sonra motor güc itirdiyi üçün yarışdan çəkilməli olub. Tsunoda Alonsoya hücum edərək yerini qaytarıb. Lekleri 7-ci dövrədə Ferstappen, 8-ci dövrədə isə Peres ötüb.

Alonso və Norris 8-ci, Şumaxer 9-cu, Lekler, Tsunoda, Latifi və Mazepin 10-cu, Sayns 11-ci, Həmilton, Qasli, Bottas və Rikkardo 12-ci dövrədə pit-stop ediblər. Lyuis bir qədər ləngidilib. Sayns təhlükəsizlik cibinə girərək sarı bayraqlara səbəb olub, lakin maşına heç bir zərər dəyməyib. Ferstappen 13-cü, Peres isə 14-cü dövrədə təkərlərini dəyişib və Serxio pit-stop zamanı ləngisə də, hər iki sürücü trasa Həmiltonun önündə qayıdıb. Rəykkönen də eyni dövrədə yeni təkərlərə keçib.

Peres Həmiltona hücum şansı verməyib və fərqi artırıb. Rikkardo Alonsonu üstələyərək 11-ci yerə yüksəlib. Fettel nəhayət, 19-cu dövrədə təkərlərini dəyişib. 20-ci dövrədən sonra ilk onluq: Ferstappen – Peres – Həmilton – Stroll – Qasli – Lekler – Fettel – Tsunoda – Norris – Bottas.

Mazepin təhlükəsizlik cibinə girib. Sayns Alonsonu keçərək 12-ci olub. Stroll 31-ci dövrədə düzlükdə arxa sol təkəri deşildiyi üçün qəza edib. Təhlükəsizlik Maşını trasa daxil olub. Pit-leynə giriş bağlanıb və yalnız 34-cü dövrədə açılıb. Alonso, Covinatsi, Rassell və Şumaxer təkərlərini dəyişiblər. Şumaxerə pit-stopdan sonra dayanması əmr edilib, maşını geri qaytarılıb və təkər bərkidildikdən sonra trasa qayıdıb.

Restart 35-ci dövrədə verilib, Fettel, Lekler, Rikkardo, Alonso və Rəykköneni keçərək Bottasa hücum edib, onu da üstələyib. Sebastyan daha sonra Qaslini ötüb, Covinatsi isə Bottası geridə qoyub. 40-cı dövrədən sonra ilk onluq: Ferstappen – Peres – Həmilton – Fettel – Qasli – Lekler – Tsunoda – Norris – Sayns – Rikkardo.

Ferstappen 47-ci dövrədə Strollun qəza etdiyi yerdən bir qədər öndə, onunla eyni səbəb ucbatından – arxa sol təkəri partladığı üçün qəza edib. Əvvəlcə TM maşını trasa çıxıb, daha sonra isə yarış qırmızı bayraqlarla dayandırılıb. Latifi pit yolu əvəzinə, trasdan keçdiyi üçün ona 10 saniyəlik Stop&Go cəzası verilib, Rassell isə güc qurğusundakı problemə görə yarışı saxlamalı olub. Restart yalnız 40 dəqiqə sonra və yerindən start şəklində verilib. Sürücülər son 2 dövrləlik mübarizəyə qoşulublar. Həmilton Peresi arxada qoymaq üçün əyləcə gec basıb, təkərləri bloklayıb və təhlükəsizlik cibinə girərək trasa yalnız 16-cı yerdə qayıda bilib. Alonso 4 yer qazanıb.

Serxio Peres bu mövsüm ilk, karyerasında isə ikinci qələbəsini qazanıb. Bu, Serxionun həm də Red Bull-da ilk zəfəridir. Sebastyan Fettel bu il ilk podiumunu qazanıb, Pyer Qasli isə üçüncü olaraq podiumu tamamlayıb. Mercedes hibrid motorlara keçiddən sonra üçüncü dəfə yarışı xalsız vurub.

Çempionat 2 həftə sonra Pol Rikarda davam edəcək. Fransa yarışı bizi gözləyən ardıcıl 3 yarışın ilkidir…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 11 Serxio Peres Red Bull 2:13:36.410 2
2 5 Sebastyan Fettel Aston Martin + 0:01.385 2
3 10 Pyer Qasli AlphaTauri + 0:02.762 2
4 16 Şarl Lekler Ferrari + 0:03.828 2
5 4 Lando Norris McLaren + 0:04.754 2
6 14 Fernando Alonso Alpine + 0:06.382 3
7 22 Yuki Tsunoda AlphaTauri + 0:06.624 2
8 55 Karlos Sayns Ferrari + 0:07.709 2
9 3 Daniel Rikkardo McLaren + 0:08.874 2
10 7 Kimi Rəykkönen Alfa Romeo + 0:09.576 2
11 11 Antonio Covinatsi Alfa Romeo + 0:10.254 3
12 77 Valtteri Bottas Mercedes AMG + 0:11.264 2
13 47 Mik Şumaxer Haas + 0:14.241 4
14 9 Nikita Mazepin Haas + 0:14.315 5
15 44 Lyuis Həmilton Mercedes + 0:17.668 2
16 6 Nikolas Latifi * Williams + 0:42.379 1

 

* Verilən Stop&Go cəzasını ödəmədiyi üçün onun ekvivalenti olaraq, nəticəsinə 30 saniyə əlavə edilib.

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:44.481 (44-cü dövrə, 206.839 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Corc Rasell Williams 48 güc qurğusu
Maks Ferstappen Red Bull 47 qəza
Ləns Stroll Aston Martin 31 qəza
Esteban Okon Alpine 4 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 105
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 101
3 11 Serxio Peres Red Bull Racing 69
4 4 Lando Norris McLaren F1 Team 66
5 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 52
6 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 47
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 42
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 31
9 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 28
10 3 Daniel Rikkardo McLaren F1 Team 26
11 14 Fernando Alonso Alpine F1 Team 13
12 31 Esteban Okon Alpine F1 Team 12
13 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 9
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 8
15 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 1
16 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Red Bull Racing Honda 174
2 Mercedes AMG Petronas F1 Team Mercedes 148
3 Scuderia Ferrari Mission Winnow Ferrari 94
4 McLaren F1 Team Mercedes 92
5 Scuderia AlphaTauri Honda Honda 39
6 Aston Martin Cognizant F1 Team Mercedes 37
7 Alpine F1 Team Renault 25
8 Alfa Romeo Racing ORLEN Ferrari 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*