18 Noyabr 2019, Bazar ertəsi - 02:16

K.Horner: “Renault-nun yeni mühərriyi mübarizəni qızışdıracaq”

K.Horner: “Renault-nun yeni mühərriyi mübarizəni qızışdıracaq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:58 - 22 May, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Renault-nun yeni mühərriyi gözləntiləri qarşılasa, bundan sonrakı yarışlarda ən azı Ferrari ilə mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, Renault uzun müddətdir ki, üzərində işlədiyi mühərriyi İspaniya QP-dən sonra keçirilən mövsümiçi testlərdə sınaqdan keçirdi. Həm Red Bull, həm də Renault komandalarının sürücüləri yeni mühərrikdən razı qaldılar.

Kristian Horner:TAG Heuer mühərrik tərəfdaşımız təkmilləşmə mövzusunda əla iş gördü və buna görə də onları tərifləməliyəm.

Növbəti yarışlar üçün yeniliklər planlaşdırılır və bu yeniliklərlə birlikdə gələcəyə ümidlə baxa bilərik.

Əgər bizə dediklərini ala bilsək, hər yarış ən azı Ferrari ilə mübarizə apara bilərik. Daha sonra isə bəzi traslarda Mercedes ilə fərqi bağlamağa başlaya bilərik.

Daniel İspaniyada Mercedesdən cəmi 0.65 saniyə geridə idi və bu bizim son 12 aydakı onlara ən yaxın nəticəmizdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 387
Teqlər , , , , ,
Paylaş

logo