C.Rassell: Podiuma Alonso layiq idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, podium Alonsonun haqqı olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ciddədəki yarışda 4-cü olsa da, Alonsonun aldığı 10 saniyəlik cəza ilə üçüncü yeri tutub. Beləliklə, 24 yaşlı pilot podiuma yüksəlməsə belə, üçüncülük kubokunu alıb.

Corc Rassell: “Bu gün podium Alonsonun haqqı idi. Ona verilən cəza çox ağırdır. Kuboka o layiq idi.

Özümə gəldikdə isə dördüncü yerdən razıyaç. Məncə, bu həftə bolidin potensialını aşdıq. Bundan artığı mümkün deyildi.

Bizim aerodinamik boruda hazırlanan yeni paketimiz var. Ancaq bu bəs etməyəcək, ünki rəqiblərimiz bizdən çox öndədirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*