20 Sentyabr 2019, Cümə - 01:15

E.Okonun əsas hədəfi

E.Okonun əsas hədəfi

Müəllif: Rauf Hacıyev, redaktor

20:23 - 16 Mart, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, 2017-ci ildə hər yarışdan xal almaq istəyir.

F-1.az xatırladır ki, Okon keçən il Manor komandası ilə Formula1-də debüt etmiş və bu il Force İndia komandasına keçmişdi. Amma Hindistan təmsilçisi yeni sürücüləri Okondan sələfi Niko Hülkenberq səviyyəsində performans gözləyir.

Esteban Okon: “Komanda istəyir ki, Hülkenberqi layiqincə əvəzləyim. Buna görə də sürət qazanmaq üçün vaxtım yoxdur. Dərhal sürətli olmalıyam. Buna görə də qış ərzində komanda ilə gözəl hazırlıqlar etdik. Yaxşı nəticə yaxşı pul deməkdir və bu da daha güclü bolid deməkdir.

Əsas hədəfim hər yarışdan xal almaqdır. Bu çox yaxşı olacaq. Hamı Melburnda gücünü nümayiş etdirəcək. Reallığı orada görəcəyik.

VJM10-da özümü yaxşı hiss edirəm. Balansımız yaxşıdır və Mercedes mühərriyi də etibarlılıq cəhətdən ən yaxşısıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 880
Teqlər , , ,
Paylaş

logo