F.Alonso səhv məlumata görə ələnib

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, komanda ilə anlaşa bilmıdikləri üçün son cəhdinə başlaya bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü doğma publikası önündəki yarışa 17-ci yerdən başlayacaq. Buna səbəb isə Alonsonun yarış mühəndisi Karel Loosun ona vaxtının olduğunu deməsi olub. Lakin Karel sonradan səhb hesablama edib və vaxtının az olduğunu deyib. Buna görə də Alonso tələsib, amma bu tələskənlik ona baha başa gəlib və Lando Norrisin arxasında trafikə düşüb. Nəticədə ikiqat Dünya Çempionu sıralanma turunun birinci sessiyasında ələnib.

Fernando Alonso: “Sıralanma turunda komanda ilə bir-birimizi anlamadıq. Elə bildim ki, sürətli dövrəyə başlamaq üçün 1-2 saniyəm qalıb, amma son cəhdimə başlayanda 20 saniyəm var idi. Bunu əvvəldən bilsəm, Landonu önə burxıb, rahat dövrə vurardım. Mənə radioda dedilər ki, vaxtın azdır, tələs. Mən də tələsdim və belə oldu. Bu səhv bizə baha başa gəldi, çünki Barselonada geridən başlayanda çətin olur. Barselonad ötmə etmək çətindir və rəqibi izləyəndə təkərlər tez yeyilir. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*