O.Piastri Alpine ilə trasa çıxacaq

Britaniya mıtbuatının xəbərinə görə Alpine komandası Fransa Qran Prisinin birinci sərbəst yürüşündə Oskar Piastrini trasa buraxacaq.

F-1.az xatırladır ki, reqlamentə əsasən bu il komandalar ən az iki sərbəst yürüşlərdə gənc sürücülərə şans verməlidir. İspaniyada Williams komandası Nik de Vrizə, Red Bull komandası isə yuri Vipsə şans vermişdi.

Alpine isə bu il Fransada Oskar Piastrini trasa çıxarmağı planlaşdırır.

Qeyd edək ki, Fransa təmsilçisi gənc Oskarı gələn il Williams komandasında yarışdırmaq istəyir. Onun Nikolas Latifini əvəzləməsi gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*