E.Okon: Rahatlasaq da, diqqətli olmalıyıq

Alpine komandasının sürücüsü Esteban Okon Braziliyada komanda olaraq 14 xal topladıqları üçün sevinclidir.

F-1.az xatırladır ki, Alpine komandası McLaren-in xalsız qaldığı İnterlaqosdan 14 xalla ayrılıb və 4-cü yeri demək olar ki, təmin edib.

Esteban Okon: “Komandaya görə sevinirəm. Mövsümün sonuna 1 yarış qalmış 14 xal qabaqdayıq və Əbu Dabiyə bu üstünlüklə gedirik.

Startdan etibarən bolidlərimiz sürətli idi. İki maşında fərqli strategiyalar sınadıq və yaxşı işlədi. Lakin rahatlanmaq olmaz. Əbu Dabidə əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*