F.Alonso: Etibarlılıq performansdan vacibdir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, qış testlərində əsas sürət yox, etibarlılıqdır.

F-1.az xatırladır ki, ispaniyalı pilot testlərin ilk günündə 146 dövrə vurub.

Fernando Alonso: “Uzun fasilədən sonra sükan arxasına qayıtmaq gözəl oldu. Həm bazada, həm də boksda çox işlədik. Komanda işçiləri bunun üçün çox işlədi. Bolidlər keçənilkindən çox fərqlidir. Uyğunlaşmalıyıq.

Görüləcək çox iş var və testlərin məqsədi budur. İlk gün çox məsafə qət etdik və bolid etibarlıdır. Testlərdə çox dövrə vurmaq və etibarlılıq performansdan vacibdir. Buna görə də bolidimizdən razıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*