Alonso niyə peşmandır?

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, ən böyük peşmançılığı daha erkən təqaüdə çıxmamaq olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ildə təqaüdə çıxdığını açıqlamış və ardından İndy500, WEC və Dakar Rallisində çıxış etmişdi.

Fernando Alonso: “Heç bir şeyə görə peşman deyiləm. Bəlkə də bir şeyə görə: Formula1-dən daha tez ayrılmalı idim. 2018-ci ilə qədər gözləməməli idim. 2015 və ya 2016-da ayrılıb Dakarda və Dünya Dözümlülük Yarışlarında çıxış etməli idim. 2015-ci ildə bu barədə düşünsəm də, qərar vermək üçün vaxt lazım oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*