İspaniya-2022: Sıralanma turu

Barselonada sıralanma turu həftəsonunun ən əhəmiyyətli mərhələsi hesab edilir. Bura demək olar ki, bütün komandalar ciddi yeniliklərlə gəlib, lakin onların heç də hamısı işləməyib...

F-1.az xatırladır ki, hər 3 məşqdə Şarl Lekler protkollara başçılıq edib.

Pirelli ənənəvi olaraq, bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkibləri gətirib. Hard təkərlərdən sürücülər yalnız son məşqlərdə istifadə ediblər. Bütün tərkiblər isti havada sürətlə aşınıb.

İlk Sessiyada hamı cəmi 1 dəst Soft təkərlə kifayətlənməyə çalışıb. Qaslinin maşını yen tüstülənsə də, dövrəsini başa vurub. Aston Martin Strollu boksdan təhlükəli anda buraxıb və kanadalı sürücü Norrislə toqquşmadan son anda qurtulub. Stüardlar insidenti sessiyadan sonra araşdıracaqlar. Peres 7-ci döngədə çınqıllığa çıxıb, lakin yoluna davam edə bilib. Ferrari və Red Bull sürücüləri ilə yanaşı Okon ikinci cəhdinə çıxmayıb. Latifi, Elbon, Stroll, Alonso və Fettel mübarizəni erkən dayandırıblar. Alonsoya sürətli dövrəsində Norris mane olub. Ən yaxşı dövrəni isə Lekler vurub – 1:19.861.

İkinci Sessiyada əksər sürücülər ilk cəhd üçün işlənmiş təkərləri seçiblər. Sürətli dövrə təzə təkərlə çıxan Rasselldən gəlib. Mercedes sürücüləri və Lekler ikinci cəhddən imtina ediblər. Maks təzə yumşaq təkərlərlə protokollara başçılıq edib – 1:19.219. Norrisin sürətli dövrəsi 12-ci döngədə trasdan çıxdığı üçün ləğv edilib və McLaren sürücüsü buna görə ilk onluğa düşə bilməyib. Onunla yanaşı, Çjou, Qasli, Tsunoda və Okon üçün də sıralanma turu başa çatıb.

Son sessiyada Lekler birinci cəhdində səhvə yol verib və boksa qayıdıb. Ferstappen hamıdan sürətli olub – 1:19.073. Lakin monakolu sürücü yeganə şansından yaxşı istifadə edərək həftəsonunun ən yaxşı nəticəsinə imza atıb və poulun sahibi olub. Ferstappen isə DRS-in bağlanmamasından şikayət edib və növbəti cəhdini tamamlaya bilməyib.

Şarl Lekler mövsümdə 4-cü, karyerasında isə 13-cü poulunu əldə edib. O, mövsümdə dördüncü dəfə ilk cərgəni Ferstappenlə bölüşəcək. Sayns və Rassell ikinci, Peres və Həmilton isə üçüncü cərgədən start alacaqlar.

Ötmələrin çətin olduğu trasda həm sıx nəticələr, həm də çox saylə pit-stopların gözlənilməsi bizə maraqlı yarış vəd edir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 1 1:19.861 3 7 1:19.969 3 1:18.750 6
2 1 Maks Ferstappen Red Bull 3 1:20.091 3 1 1:19.219 6 1:19.073 7
3 55 Karlos Sayns Ferrari 2 1:19.892 3 2 1:19.453 6 1:19.166 7
4 63 Corc Rassell Mercedes 4 1:20.218 5 3 1:19.470 3 1:19.393 6
5 11 Serxio Peres Red Bull 8 1:20.447 5 6 1:19.830 6 1:19.420 6
6 44 Lyuis Həmilton Mercedes 6 1:20.252 6 4 1:19.794 3 1:19.512 6
7 77 Valtteri Bottas Alfa Romeo 7 1:20.355 6 8 1:20.053 6 1:19.608 6
8 20 Kevin Maqnussen Haas 5 1:20.227 6 5 1:19.810 6 1:19.682 6
9 3 Daniel Rikkardo McLaren 10 1:20.549 6 9 1:20.287 6 1:20.297 3
10 47 Mik Şumaxer Haas 11 1:20.683 6 10 1:20.436 6 1:20.368 6
11 4 Lando Norris McLaren 14 1:20.838 6 11 1:20.471 6
12 31 Esteban Okon Alpine 15 1:20.880 3 12 1:20.638 6
13 22 Yuki Tsunoda AlphaTauri 12 1:20.707 9 13 1:20.639 6
14 10 Pyer Qasli AlphaTauri 13 1:20.719 9 14 1:20.861 6
15 24 Quanyu Çjou Alfa Romeo 9 1:20.476 9 15 1:21.094 6
16 5 Sebastyan Fettel Aston Martin 16 1:20.954 6
17 14 Fernando Alonso Alpine 17 1:21.043 5
18 18 Ləns Stroll Aston Martin 18 1:21.418 6
19 23 Aleksander Elbon Williams 19 1:21.645 6
20 6 Nikolas Latifi Williams 20 1:21.915 9
, , , ,
  • Vüsal Abışov
    May 23, 2022 - 11:09

    Salam.İspaniyada leclerk niyə yarımçıq qoyfu yarışı? Nə baş verdi?

    • Elçin Zodorov
      May 26, 2022 - 12:16

      Çünki güc qurğusunda problem yaşandı.

  • Vüsal Abışov
    May 23, 2022 - 11:11

    Salam. İspaniyada leclerk niyə yarışı yarımçıq qoydu? Nə baş verdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*